AZ

Məşhur iranlı şairin oğlu terror planı ilə saxlanıldı

BAKI, 6 noyabr. TELEQRAF

Məşhur iranəsilli amerikalı şair Rocer Sədaratın oğlu Milo Sədarat İŞİD-dən ilhamlanmış terror planı ilə əlaqədar Nyu-Cersi ştatının Montkler şəhərində saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə “New York Post” qəzeti ABŞ polis mənbələrinə istinadla məlumat yayıb.

Milo Sədarat atasının Montklerdəki evində yaxalanıb. Onun atası ədəbi mükafatlar laureatı, Nyu-Yorkdakı Quins Kollecinin professorudur.

Qəzetin məlumatına görə, 19 yaşlı Tomas Kan Güzel adlı digər bir gənc də Montklerdə saxlanılıb. Polis onun mobil telefonunda İŞİD-in təbliğat materialları və Boston partlayışına bənzər hücum planlaşdırdığına dair mesajlar aşkar edib.

Bu iki gəncin saxlanılması ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) və Nyu-York Polis İdarəsinin Kəşfiyyat Departamenti tərəfindən aparılan birgə istintaq çərçivəsində həyata keçirilib. Rəsmilərin bildirdiyinə görə, iş Detroyt şəhərində hazırlanmış və 2015-ci ildə Parisdə törədilən İŞİD hücumunu təqlid etməyi hədəfləyən planla əlaqəlidirlər.

İddiaya görə, Güzel beynəlxalq hava limanında saxlanılıb, o, terminalın yeməkxanasına Türkiyəyə uçuşunu gözləyirmiş, oradan isə Suriyaya gedərək İŞİD terror təşkilatına qoşulmağı planlaşdırıbmış.

Seçilən
50
teleqraf.com

1Mənbələr