AZ

Çin inqilabi dəniz reaktoru yaratdı



Çin ağır yükdaşıyan gəmilərdə istifadə üçün toriumla işləyən reaktor hazırlayıb.

Newscenter.az xəbər verir ki, bu barədə South China Morning Post (SCMP) qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, reaktor ilk olaraq hazırda Çində hazırlanmaqda olan dünyanın ən böyük konteyner gəmisində quraşdırıla bilər.

Nəşr yazır ki, güclü soyutma sistemləri tələb edən uran əsaslı nüvə reaktorlarından fərqli olaraq, yeni Çin reaktoru soyutma üçün su tələb etməyən daha təhlükəsiz yanacaq olan toriumdan istifadə edir.

Reaktorun Çində inşa edilən konteyner gəmisində quraşdırılması planlaşdırılır. Bu gəmi 14 000 konteyner daşıya biləcək. Torium reaktoru 50 MVt elektrik enerjisi istehsal edəcək. Bu, konteyner gəmisinin yanacaq doldurmadan illər boyu okeanlarda üzməsinə kifayət edəcək. Fövqəladə hallar üçün gəminin 10 MVt-lıq ehtiyat dizel generatoru ilə təchiz edilməsi də planlaşdırılır.

Mehman Mehdiyev
Seçilən
48
1
newscenter.az

2Mənbələr