Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Tbilisi, 6 noyabr, AZƏRTAC
Gürcüstan Dövlət Akademik Xalq Mahnı və Rəqs Ansamblı “Erisioni” 2026-cı il yanvarın 16-da Bakıda konsert proqramı ilə çıxış edəcək.
Bu barədə AZƏRTAC-a müsahibəsində ansamblın bədii rəhbəri Şermandi Çukuaseli məlumat verib. Onun sözlərinə görə, konsert Heydər Əliyev Sarayında olacaq.
Tamaşaçılar gürcü musiqisi, mahnısı və rəqsləri dünyasında unudulmaz bir səyahət yaşayacaqlar.
“Konsert həm Gürcüstan, həm də Azərbaycan mədəniyyətləri arasında əməkdaşlığın gücləndirilməsi və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır”, - deyə Çukuaseli bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.