AZ

İtlərin hücumuna məruz qalmış uşaqlara təzminat veriləcək

ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.

Rusiyada sahibsiz küçə itinin hücumuna məruz qalan uşaqlara təzminat ödəniləcək.Newscenter.az TASS-a istnadən bildirir ki, Məhkəmə Buryatiyanın Kyaxta rayonunun administrasiyasını müxtəlif vaxtlarda sahibsiz itlərin hücumuna məruz qalan iki uşağa 25 min rubl təzminat ödəməyə məcbur edib. Bundan əvvəl Kyaxta şəhərində 8 yaşlı uşaq məktəbdən evə qayıdarkən sahibsiz itin hücumuna məruz qalıb və xəstəxanaya yerləşdirilib. Oxşar hadisə Nauşki kəndində də baş verib, orada 7 yaşlı uşaq xəsarət alıb.Rayon prokurorluğu mənəvi ziyana görə rayon rəhbərliyindən kompensasiya tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə prokurorun tələblərini təmin edib. Hər uşağa 25 min rubl təzminat təyin edilib.Mehman Mehdiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
newscenter.az

2Mənbələr