AZ

Türkiyədə zəlzələ oldu

Türkiyədə rixter cədvəli üzrə 4,3 bal gücündə zəlzələ baş verib. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Balıkəsirin Sındırgı rayonunda yerin 9,6 kilometr dərinliyində yerləşib. Dağıntı barədə məlumat verilməyib.

Qeyd edək ki, Sındırgıda baş verən 6,1 bal gücündə zəlzələdən sonra aktivliyin davam etdiyi bölgə "Ümumi Həyata Təsir Edən Fəlakət Bölgəsi" elan edilib.

Seçilən
25
metbuat.az

1Mənbələr