AZ

Məşhur aktrisa səhnəyə geri döndü

Britaniya şahzadəsi Harri ilə evləndikdən sonra aktyorluğu dayandıran Meqan Markl, illər sonra yenidən kino layihəsində yer alaraq sənətinə geri dönüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2018-ci ildə Şahzadə Harri ilə evliliyindən sonra krallıq həyatına uyğunlaşmağa çalışan Markl, bu həyatın istədiyi kimi olmadığını anlayaraq həyat yoldaşı ilə birlikdə bütün kral vəzifələrindən imtina etmiş2022-ci ildə ABŞ-a köçmüşdü.

44 yaşlı Sasseks hersoginyası, illərdir uzaq qaldığı aktyorluq sevgisindən vaz keçməyib və uzun fasilədən sonra yenidən film setlərinə qayıdıb.

Markl, əvvəllər öz reallıq şousu üçün kamera qarşısına keçmiş olsa da, evləndikdən və iki övlad anası olduqdan sonra ilk dəfə bədii film üçün çəkilişlərdə iştirak edib.

Hersoginya “Close Personal Friends” adlı filmin aktyor heyətinə daxil olub. Filmin çəkilişləri Kaliforniyada baş tutub və Markl burada Lili KollinzBri Larson kimi ulduzlarla birgə kamera qarşısına keçib.

Filmdə, həmçinin tanınmış aktyorlar Cek KueydHenri Qolding də rol alır.

Yeni layihə ilə Meqan Marklın Hollivuda rəsmi dönüşü kimi qiymətləndirilir.

Seçilən
21
manset.az

1Mənbələr