Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi rebrendinq üzrə dizayn xidmətlərinin satın alınması üçün tender elan edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 22.500 AZN təşkil edir.
Tender predmetinə rebrendinq üzrə dizayn xidməti daxildir və ətraflı şərtlər toplusunda xidmətin xüsusiyyətləri göstərilib. Satınalma yalnız 1 ədəd xidmətin təmin olunmasını nəzərdə tutur.
Məlumata görə, mərkəz korporativ imicini yeniləməyi və vizual identifikasiyasını müasir standartlara uyğunlaşdırmağı planlaşdırır.