AZ

“Qarabağ”la oyunda zədələnən Laviya uzun müddət oynamayacaq

style='margin-bottom:10px;'>

“Çelsi”nin baş məşqçisi Enzo Mareska yarımmüdafiəçi Romeo Laviya­nın “Qarabağ”la Çempionlar Liqasının oyununda zədələnməsinə münasibət bildirib. 

QOL.az xəbər verir ki, o, belçikalı futbolçunun 8-ci dəqiqədə meydanı tərk etməsindən olduqca təəssüfləndiyini vurğulayıb:

“Bu, xüsusilə onun üçün çox məyusedicidir. Uzun müddət formada olmayacaq. Hələlik zədənin nə dərəcədə ciddi olduğunu demək tezdir, ümid edirəm, ağır deyil”.

Qeyd edək ki, Laviya 2023-cü ildə “Sauthempton”dan “Çelsi”yə keçdikdən sonra artıq 8-ci dəfə zədələnir. Bu müddətdə o, ümumilikdə 495 gün oynamayıb və 77 matçı buraxıb.

Xatırladaq ki, Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən "Qarabağ" - "Çelsi" matçı 2:2 hesabı ilə başa çatıb.

Seçilən
31
1
teleqraf.com

2Mənbələr