Rusiya istehsalı avtomobillərin satışı azalıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, 2025-ci ilin oktyabrında yeni Lada avtomobillərinin satışı illik müqayisədə 25,8% azalaraq 33,3 min ədəd olub.
Bildirilir ki, yerli Lada brendi Rusiya bazarında liderliyi saxlamaqda davam edir və payızın ortalarında ümumi həcmin 20%-dən bir qədər çoxunu təşkil edərək 33 251 ədəd satılıb. Bir il əvvəl, 2024-cü ilin oktyabrında isə Lada-nın payı 26%-i ötüb.
2025-ci ilin oktyabrında Rusiyada 165,7 min yeni minik avtomobili satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,2% azdır.
Oktyabr reytinqində ilk 5-liyə Haval (26,1 min), Geely (14,2 min), Belgee (10,8 min) və Tenet (8,6 min) daxildir.
Oktyabrda model reytinqinin liderləri Lada Granta (15,2 min), Haval Jolion (9,2 min), Lada Vesta (7,5 min), Geely Monjaro (6,4 min) və Haval M6 (6,2 min) olub.
2025-ci ilin son 10 ayı ərzində Rusiyada 1,06 milyon yeni minik avtomobili satılıb ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 19,9% azdır.
Mehman Mehdiyev