AZ

Dəməşqlə danışıqlar dalana dirəndi

Suriya Demokratik Qüvvələrinin (SDQ) komandirlərindən Sipan Hemo bildirib ki, Dəməşqdə Suriya hökuməti ilə aparılan danışıqlar birtərəfli qərarlar və SDQ-nin prosesdən kənarda saxlanılması səbəbindən dayanıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə kürd mənbələri məlumat yayıb.

Sipan Hemo xəbərdarlıq edib ki, Hələb və Rojavada gərginlik nəzarətdən çıxaraq silahlı toqquşmaya çevrilə bilər. Bununla yanaşı, bölgənin demokratik inteqrasiyasına sadiq qaldığını təsdiqləyib.

Söhbət SDQ-nin nəzarətində olan Suriyanın şimal ərazilərinin gələcək statusu və onların Suriya dövlət strukturlarına mümkün inteqrasiyası ilə bağlı danışıqlardan gedir.

Seçilən
15
3
olke.az

10Mənbələr