AZ

Belarusda neft emalı zavodu yanır

Dövlət xəbər agentliyi Belta-nın məlumatına görə, 6 noyabrda Belarusun Naftan neft emalı zavodunda yanğın baş verib. Bəyanatda deyilir: “Bu səhər Novopolotskda, Naftan ASC-nin ərazisində bir texnoloji qurğuda dizel yanacağı yanğını baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb”.

“Belta” nə bu, nə də sonrakı açıqlamada yanğının mümkün səbəbini göstərməyib. Həmçinin, zavodda nəyin yandığını da dəqiqləşdirməyib: “Nümunələrin götürülməsi və hava keyfiyyətinin ölçülməsi istehsal müəssisəsinin təsirlənmiş ərazisində aparılır”.

Qeyd edək ki, Naftan Belarusun iki neft emalı zavodundan biridir. Oktyabr ayında “Reuters” agentliyi Ukraynanın Rusiya neft emalı zavodlarına dron hücumları səbəbindən təcavüzkar dövlət olan Rusiyanın Belarusdan yanacaq idxalını bir neçə dəfə artırdığını bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
46
editor.az

1Mənbələr