AZ

“Lukoyl”in Volqoqrad zavodu Ukraynanın zərbəsindən sonra bağlanıb” − “Reuters”


“Lukoyl”un Volqoqrad neft emalı zavodu Ukrayna pilotsuz təyyarələrinin vurulmasından sonra bağlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi vəziyyətlə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, hücum nəticəsində neft emalı zavodunun gündəlik gücü 9 min tondan çox olan ilkin emal qurğusu və sutkada 11 min ton məhsuldarlıq olan hidrokrekinq qurğusu (xam neftin təmizlənməsi üçün nəzərdə tutulub) zədələnib.
“Neft emalı zavodu bağlanıb. İlkin blokda yanğın olub, hidrokrekinq qurğusuna ziyan dəyib”, - mənbələrdən biri bildirib.
“Lukoyl” jurnalistlərin sorğularına cavab verməyib.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov bildirib ki, noyabrın 6-na keçən gecə Volqoqradda Ukraynaya məxsus pilotsuz təyyarənin hücumu nəticəsində Qarya Xoxolova küçəsindəki 24 mərtəbəli yaşayış binasına ziyan dəyib və Krasnoarmeyski rayonundakı sənaye zonasında yanğın baş verib. 48 yaşlı kişi dağıntılar altında qalaraq ölüb.
Seçilən
14
2
yeniavaz.com

3Mənbələr