ABŞ Prezidenti Donald Tramp İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan və “fövqəladə vəziyyət rejimi” adlanan qərarın müddətini bir il daha uzadıb.
APA xəbər verir ki, bu barədə Trampın bəyanatında deyilir.
Bəyanat ABŞ hökumətinin rəsmi sənədlərinin toplusu olan Federal Reyestrdə dərc edilib.
“ABŞ-ın İranla münasibətləri hələ normallaşmayıb. 1981-ci il yanvarın 19-da imzalanmış ikitərəfli razılaşmaların icrası prosesi davam edir”, - bəyanatda deyilir.
Qeyd edək ki, söhbət ABŞ və İran arasında imzalanmış Əlcəzair sazişlərindən gedir. Həmin sazişlər nəticəsində 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girov saxlanılan amerikalı diplomatlar azad edilmişdi.