Metbuat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
AFFA İntizam Komitəsi "Neftçi" klubunu cərimələyib.
Metbuat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Buna X turda "Kəpəz"lə matçın 75-ci dəqiqəsində meydana kənar şəxsin daxil olması səbəb olub.
"Ağ-qaralar" bu səbəbdən 2500 manat ziyana düşüb. Gəncə təmsilçisi isə sözügedən qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ödəyəcək.
"Turan Tovuz" "Şamaxı" ilə dueldə 4 oyunçusu sarı vərəqə aldığı üçün, "Sumqayıt" isə "Araz-Naxçıvan"la görüşdə eyni hal yaşandığna görə 700 manat cərimələnib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.