AZ

Messi: “Dünya Kubokunu qazanmaq – karyeramı tamamlayan son zirvə idi”

Lionel Messi: “Dünya Kubokunu qazanmaq – karyeramı tamamlayan son zirvə idi”

Argentina millisinin kapitanı Lionel Messi 2022-ci ildə qazandığı Dünya Kuboku barədə danışıb.

“Dünya Kubokunu qazanmaq ən böyük nailiyyətdir. Ondan sonra artıq arzulayacağın başqa bir şey qalmır. O an yaşadığım hissləri sözlə ifadə etmək çətindir.”

Ulduz futbolçu bildirib ki, həmin qələbə təkcə onun üçün deyil, ailəsi, komanda yoldaşları və bütün Argentina xalqı üçün də xüsusi idi:

“Bu titulun mənim üçün, ailəm üçün, komanda yoldaşlarım və ölkəm üçün nə demək olduğunu izah etmək çətindir. Bütün millətin bunu necə qeyd etdiyini, uzun illər sonra bu sevincə necə ehtiyac duyduğunu görmək möhtəşəm idi.”

Messi əlavə edib ki, klub səviyyəsində bütün titulları qazandıqdan sonra Dünya Kuboku onun karyerasını tamamlayan son hədəf idi:

“Klub səviyyəsində və fərdi olaraq hər şeyi qazanmışdım. Sadəcə bir şey çatmırdı – o kubok. Dünya Kubokunu qazanmaq mənim karyeramı tam mənasıyla tamamladı.” \\Offsideplus.az

Seçilən
8
2
hurriyyet.az

3Mənbələr