AZ

Arnold Şvartsenegger həssas bir mövzu haqqında zarafat etdi…

...78 yaşlı Arnold Şvartsenegger jurnalist və keçmiş həyat yoldaşı Maria Şrayverdən boşanması ilə bağlı yumoristik şəkildə fikirlərini bildirib. Hollivud Şöhrət Xiyabanında amerikalı televiziya aparıcısı və siyasi şərhçi Kris Uolles üçün ulduzun açılışı zamanı aktyor onu Şrayverlə müqayisə edərək zarafat edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə People yazır.

...Bilirəm ki, Kris görkəmli jurnalistdir, çünki həyatımda minlərlə jurnalistlə müsahibə almışam, - Şvartsenegger deyib. ...Bundan əlavə, mən jurnalistlə evli olmuşam. Krislə Mariya arasındakı yeganə fərq Krisin mənim pulumun yarısını götürməməsidir...

Qeyd edək ki, Şvartsenegger və Şrayver 1986-cı ildə evləniblər, 2011-ci ildə ayrılıblar və 2021-ci ildə rəsmi olaraq boşanıblar.

Cütlüyün dörd övladı var: qızları Ketrin və Kristina, oğulları Patrik və Kristofer.

Aktyorun həmçinin evdar qadını Mildred Patrisiya Baenadan qanunsuz oğlu Cozef Baena da var.

Boşanmalarına baxmayaraq, keçmiş həyat yoldaşları isti münasibətlərini qoruyub saxlayıblar. Onlar sentyabr ayında oğulları Patrikin toyunda birlikdə iştirak ediblər. Şvartsenegger boşanmanın "mənim səhvim" və "çox çətin bir dövr” olduğunu etiraf edib, lakin qeyd edib ki, o və Mariya 2uşaqlarını necə böyütdükləri ilə yaxın münasibətdə qalırlar və fəxr edirlər”.

Şrayver isə öz növbəsində “xoşbəxt” olduğunu və Arnoldla “hələ də birlikdə - özlərinə, uşaqlarına və nəvələrinə güldüklərini” söyləyib.

Nazlı Almuradova

Seçilən
11
1
sia.az

2Mənbələr