Əməkdar artist Vahid Əliyev Badamdar qəbiristanlığında dəfn ediləcək.
Publika.az xəbər verir ki, bu barədə Oxu.az-a mərhumun oğlu Ramin Əliyev məlumat verib.
O bildirib ki, Vahid Əliyevlə vida mərasimi sabah saat 13:00-da yaşadığı General Əliağa Şıxlinski küçəsi, 25 ünvanında keçiriləcək.