8–9 noyabrda Fransanın paytaxtı Parisdə kata üzrə keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.


Rekord.az xəbər verir ki, yığma yarışda 4 cüdoçu ilə təmsil olunacaq.


İdmançılarımız "nage-no-kata" və "katame-no-kata" üzrə çıxış edəcəklər.


Nage-no-kata

İsmayıl Rzayev – tori (hücum edən idmançı)

Samir İsmayılov – uke (hücum edilən idmançı)


Katame-no-kata

Rafiq Nəcəfov – tori

Əmrah Əhmədov – uke


Turnirdə 37 ölkədən 466 cüdoçu qüvvəsini sınayacaq.