AZ

FİFA ilin ən yaxşısı üçün namizədləri açıqladı

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2025-ci ilin “Dünyanın ən yaxşı futbolçusu” mükafatına namizədlərin siyahısını təqdim edib.

90deqiqe.Az xəbər verir ki, siyahı qurumun rəsmi saytında dərc olunub.

FİFA versiyasına görə 2025-ci ilin “Dünyanın ən yaxşı futbolçusu” mükafatına namizədlər:

Usman Dembel (Fransa) — “PSJ”

Əşrəf Hakimi (Mərakeş) — “PSJ”

Harri Keyn (İngiltərə) — “Bavariya”

Kilyan Mbappe (Fransa) — Madrid “Real”ı

Nunu Mendeş (Portuqaliya) — “PSJ”

Koul Palmer (İngiltərə) — “Çelsi”

Pedri (İspaniya) — “Barselona”

Rafinya (Braziliya) — “Barselona”

Məhəmməd Salah (Misir) — “Liverpul”

Vitinya (Portuqaliya) — “PSJ”

Lamin Yamal (İspaniya) — “Barselona”

Xatırladaq ki, 2024-cü ildə bu mükafata Madrid “Real”ının hücumçusu Vinisius Junior layiq görülmüşdü. Həmin il “Qızıl top”un sahibi Rodri səsvermədə ikinci yeri tutmuşdu.

Seçilən
19
18
90deqiqe.az

10Mənbələr