Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın sentyabr ayına dair pərakəndə satış göstəricilərini açıqlayıb.
Banco.azxəbər verir ki, məlumata görə, Aİ-də pərakəndə satışlar sentyabr ayında avqustla müqayisədə dəyişməyib, illik müqayisədə isə 1,3 faiz artıb.
Avrozonada pərakəndə satışlar sentyabrda aylıq baxımdan 0,1 faiz azalıb, illik baxımdan isə 1 faiz artım qeydə alınıb.
Bazar gözləntisinə əsasən, Avrozonada pərakəndə satışların aylıq 0,2 faiz, illik isə 1 faiz artması proqnozlaşdırılırdı.
Aylıq müqayisədə pərakəndə satışlarda ən çox artım
Lüksemburq və Malta (1,7 faiz),
Estoniya (1,5 faiz),
Slovakiya (1,4 faiz)
kimi ölkələrdə müşahidə olunub.
Ən böyük azalma isə
Litvada (1,1 faiz),
Latviyada və Sloveniyada (0,7 faiz),
İtaliyada (0,6 faiz) qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!