AZ

Holanndan növbəti tarixi rekord

''Mançester Siti'' Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda Dortmund ''Borussiya''sı üzərində 4:1 hesablı inamlı qələbə qazandı.

"Football-plus.az" xəbər verir ki, qollardan birini aktivinə yazan Erlinq Holann növbəti rekordun müəllifi oldu. O, ÇL tarixində 3 fərqli klubun heyətində ardıcıl 5 qarşılaşmada fərqlənməyi bacaran ilk futbolçu oldu!

Holannın indiki seriyası ötən mövsüm ''Real'' ilə cavab oyunundan başlayıb. Norveçli qoleador ''Siti''dən başqa Dortmund ''Borussiya''sı və ''Zaltsburq''un da heyətində bu ardıcıl 5 matçda fərqlənmişdi.

Ümumilikdə o, bu turnirdə 52-cü oyunda 54-cü qolunu vurdu və ən məhsuldar futbolçuların siyahısında artıq 9-cu pillədədi. Holann daha 2 qol vuracağı təqdirdə Ruud van Nistelrooya, 3 qol vuracağı təqdirdə Tomas Müllerə, 6 qol vuracağı təqdirdə isə Kilian Mbappeyə çatacaq. Halbuki Mbappedən 40 oyun az keçirib!

Seçilən
62
1
football-plus.az

2Mənbələr