Şəmkirdə 4 500 abonentin qaz təchizatında fasilə yaranacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Şəmkir XS-i ərazisində Şəmkir QPS-dan "Süd Kombinatı" orta təzyiqli, daşıyıcı qaz xəttindən qidalanan Şəmkir şəhəri E.Allahverdiyev 22 ünvanında yerləşən Cahan Rəhman oğlu Qarayevə məxsus obyektin qarşısından keçən d159 mm-lik qaz xəttinin abonentin öz hesabına podratçı təşkilat tərəfindən yeri dəyişdiriləcək.
Bu məqsədlə 07.11.2025-ci tarixdən saat 10:00-dan işlər başa çatanadək (Şəmkir şəhərinin bir hissəsi 4 500 abonent) qaz təchizatının d150 mm-lik siyirtmədən daxildən dayandırılacaq.