AZ

Ağ Evdə ürəyi getdi, Tramp da təşvişə düşdü - VİDEO

ABŞ Prezidenti Donald Tramp və əczaçılıq şirkəti nümayəndələrinin Oval Ofisdə keçirdiyi birgə mətbuat konfransı zamanı bir nəfər huşunu itirib. Ajans.az xəbər verir ki, "Novo Nordisk"in səhiyyə üzrə icraçı direktoru Qordon Findli Oval Ofisdə arıqlama dərmanları ilə bağlı açıqlama verərkən huşunu itirib. Tədbir dayandırılıb və mətbuat nümayəndələri Robert F. Kennedi Jr. Prezident Donald Tramp və Dr. Mehmet Oz diqqətlərini Findliyə yönəltdikdən sonra zaldan çıxıblar. Ağ Evin mətbuat katibi Karolin Livit nümayəndənin huşunu itirdiyini təsdiqləyib və onun vəziyyətinin yaxşı olduğunu bildirib.

Seçilən
54
50
Ajans.az

10Mənbələr