AZ

“44 günlük dastanın son nöqtəsi — Şuşa” - Kənan Novruzov

“Fikrimcə, 44 günlük Vətən müharibəsinin həlledici mərhələsi məhz Şuşanın azad olunması və həyata keçirilən Şuşa əməliyyatı oldu. Bu əməliyyat həm planlaşdırılma, həm də icra baxımından öz unikallığı ilə fərqlənirdi. Azərbaycan hərbçilərinin göstərdiyi şücaət, qəhrəmanlıq və peşəkarlıq uzun illər boyu həm hərbi ekspertlər, həm də tarixçilər tərəfindən müzakirə olunacaq. Artıq Şuşa əməliyyatı bir sıra hərb dərsliklərinə də daxil edilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, “Şuşasız bizim işimiz yarımçıq qalardı.”Həqiqətən də Şuşanın azad olunması hərbi, siyasi, iqtisadi və mədəni baxımdan çox böyük əhəmiyyət daşıyırdı”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində yeni bir dövrün başlanğıcı oldu. Bu müharibə xalqımızın torpaqlarına, suverenliyinə və ədalətə olan inamının təntənəsi kimi yadda qaldı. 2020-ci ilin payızında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq sayəsində uzun illər işğal altında qalan torpaqlar azad edildi, ədalət bərpa olundu. Bu zəfər təkcə hərbi qələbə deyil, həm də milli ruhun, dövlət birliyinin və siyasi iradənin gücünü nümayiş etdirdi. Vətən müharibəsi Azərbaycan xalqının tarixində həm qürur, həm də yenidən doğuluş simvoluna çevrildi.

Siyasi şərhçinin sözlərinə görə, bu hadisə sanki 44 günlük Vətən müharibəsi dastanının son nöqtəsi oldu.

Seçilən
25
aznews.az

1Mənbələr