AZ

Azərbaycan veteran cüdoçuları dünya çempionatını 6 medalla başa vurub

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlararasında dünya çempionatında Azərbaycan millisinin çıxışı başaçatıb.

Trend xəbər verirki, yarışın dördüncü günündə bir idmançımız medal qazanıb. M8 yaşkateqoriyasında çıxış edən Fərhad Rəcəbli (-90 kq) gümüş medalalayiq görülüb.

Bununla yanaşı, daha əvvəl Mövlud Mirəliyev (M5, -100 kq) qızıl,Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, -66 kq), ZaurBağırov (M4, +100 kq) və Azər Əsgərov (M6, -100 kq) bürünc medalqazanıblar.

Beləliklə, Azərbaycan yığması mundialı 1 qızıl, 1 gümüş və 4bürünc olmaqla ümumilikdə 6 medalla başa vurub.

Seçilən
90
az.trend.az

1Mənbələr