AZ

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

ain.az, sport24.az portalına istinadən məlumat verir.

Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Araz-Naxçıvan"ın qarşılaşacağı rəqib çox güclüdür. Sport24.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin kapitanı Emin Kürdov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, 11 ildən sonra 1/8 finala vəsiqə qazanmalarının önəmini vurğulayıb:

"11 ildən sonra bu mərhələyə vəsiqə qazandıq. Bu dəfə yarış fərqli formatda keçiriləcək. İndi elit-raund deyil, 1/8 final mərhələsi tətbiq olunur. Səbətdə yer alan komandalar arasında zəif iştirakçı yox idi, buna görə də çətin olacağını bilirdik. Ancaq püşk üzümüzə gülsəydi, hazırkı rəqibimizlə müqayisədə nisbətən zəif komanda ilə qarşılaşmaq da mümkün idi".

Kürdov "Benfika"nın güclü rəqib olduğunu etiraf etsə də, komandasının mübarizə aparacağını bildirib:

"Bu dəfə reytinq cədvəlinin ikinci pilləsində qərarlaşan "Benfika" ilə üz-üzə gələcəyik. Heyətlərində keyfiyyətli, güclü futzalçılar yer alıb. Buna baxmayaraq, biz mübarizə aparacağıq. Təəssüf ki, heyətimiz tam optimal deyil. Əsas mərhələdən sonra iki futzalçımız cəzalı duruma düşüb, bir oyunçumuz isə Rumıniyadakı qarşılaşmalarda zədələnib".

Futzalçı ev oyununda azarkeş dəstəyinə güvəndiklərini də qeyd edib:

"Oyuna hazırlaşacağıq, məşqçilər korpusunun da təlimatlarını alacağıq. Evdə oynadığımıza görə, azarkeşlərin arenaya gələcəklərinə və nəticədən asılı olmayaraq komandamıza dəstək olacaqlarına inanırıq. Noyabrın 24-dək vaxtımız var və bu müddətdən maksimum istifadə etməyə çalışacağıq".

Qeyd edək ki, Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Portuqaliyanın "Benfika" klubu ilə qarşılaşacaq. Komanda 1/4 finala vəsiqə qazanacağı təqdirdə isə AEK (Yunanıstan) – "Sportinq" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək. Komandalar arasında 1/8 finalın ilk görüşü noyabrın 24-də Bakıda, cavab matçı isə dekabrın 5-də rəqib meydanında keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
3
sport24.az

6Mənbələr