ain.az, Axsham.az portalına istinadən məlumat verir.
Bu gün Azərbaycanda qısa iş günüdür.
Axşam.az xəbər verir ki, 8 noyabr tarixində Azərbaycanda Zəfər Günü qeyd olunacaq.
Əmək Məcəlləsinə əsasən, bayramdan əvvəlki iş günü bir saat az olur. Buna görə də 7 noyabr cümə günü iş saatları adi günlərlə müqayisədə bir saat az olacaq.
Qeyd edək ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.
Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.