AZ

“Qarabağ”ın rəqibi baş məşqçisini qovdu

Niderland millisinin keçmiş müdafiəçisi Con Heytinqa "Ayaks”ın baş məşqçisi vəzifəsindən azad edilib.

Onun 2027-ci ilin yayına qədər olan müqaviləsi klubun təşəbbüsü ilə ləğv edilib.

"Bu, ağrılı bir qərardır. Lakin son bir neçə aya nəzər salsaq, etiraf etməliyik ki, işlər gözlədiyimiz kimi getməyib. Çox az irəliləyiş gördük və haqsız yerə xal itiririk. Bilirik ki, yeni məşqçinin dəyişikliklərə məruz qalan heyətə öyrəşməsi üçün vaxta ehtiyacı ola bilər.

Cona vaxt verdik, amma inanırıq ki, klub üçün baş məşqçi vəzifəsinə başqa birini təyin etmək ən yaxşısıdır. Yeni baş məşqçini ən qısa zamanda təqdim etməyə ümid edirik. Cona göstərdiyi səylərə görə təşəkkür edirik və ona uğurlar arzulayırıq”, - "Ayaks”ın texniki direktoru Aleks Kruz klubun mətbuat xidmətinə verdiyi müsahibədə bildirib.

Con Heytinqa "Ayaks”ı 2025-ci ilin iyul ayında idarə etməyə başlayıb. Bu, keçmiş futbolçunun böyük komandaya rəhbərlikdə ilk təcrübəsi idi. O, əvvəllər Amsterdam klubunun yeniyetmə və gənclər komandalarında məşqçilik edib, 2024-cü ilin iyulundan 2025-ci ilin mayına qədər isə Liverpulun baş məşqçisi Arne Slotun köməkçi məşqçisi olub.

"Ayaks” Erediviziyada 11 oyundan 20 xalla dördüncü yerdədir və lider "Feyenoord”dan səkkiz xal geri qalır.

"Ayaks” UEFA Çempionlar Liqasının ümumi mərhələsində "Qarabağ”ın rəqibidir. Komandalar arasında oyun dekabrın 10-da Bakıda keçiriləcək.\\Unikal

Seçilən
2
2
hurriyyet.az

3Mənbələr