"Qarabağ" hamını bir-birinə bağlayır".
Manset.az xəbər verir ki, bunu Türkiyənin futbol şərhçisi Ertem Şener sosial şəbəkə hesabında ötən gün UEFA Çempionlar Liqasının ümumi mərhələsində keçirilmiş "Qarabağ" - "Çelsi" matçı (2:2) ilə bağlı paylaşımında yazıb.
"Peşədə 30 il olmağıma baxmayaraq, Bakıda Çempionlar Liqasında "Qarabağ" - "Çelsi" matçında yaşadıqlarımı tərif etmək mümkün deyil. Anlatmaq olmaz, yaşamaq lazımdır. "Qarabağ" hamını bir-birinə bağlayır. Sevgiləri sürətlə yayır", - deyə o, paylaşımında vurğulayıb.