AZ

Bu ölkə əbədi müharibə ilə üzləşə bilər - Rasmussen

Avropa Ukrayna Silahlı Qüvvələrinə dəstək yanaşmasını dəyişməsə, Ukrayna “əbədi müharibə” ilə üzləşə bilər.

"Ölkə.az" xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen "The Guardian"a bildirib.

“Strategiyamızda ciddi dəyişikliklər etməsək, əbədi müharibə vəziyyətinə düşmək riskimiz var”, - o vurğulayıb.

Bununla əlaqədar Rasmussen Ukrayna üzərində “hava qalxanı” yaratmağı və atəşkəs əldə olunana qədər Avropa qoşunlarının ölkəyə daxil edilməsini təklif edib.(Publika.az)

Seçilən
4
2
olke.az

3Mənbələr