AZ

"Qalatasaray"a məğlubiyyət "Ayaks"ı baş məşqçisiz qoydu

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Ayaks" baş məşqçi Con Heytinqa ilə bağlı qərar verib.

Milli.Az xəbər verir ki, Amsterdam təmsilçisi niderlandlı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı çalışdırıcı ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Komanda ötən gün "Qalatasaray"a 0:3 hesabı ilə uduzub.

Con Heytinqa mövsümün əvvəlində paytaxt klubunun baş məşqçisi postuna təyin olunmuşdu.

Qeyd edək ki, "Qarabağ"ın "Ayaks"la oyunu dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Milli.Az

Seçilən
4
4
milli.az

5Mənbələr