ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla 30 ildən artıq davam edən münaqişənin həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.
Musavat.com xəbər verir ki, Uitkoff bu fikri Mayamidə keçirilən Amerika Biznes Forumu çərçivəsində səsləndirib.
Diplomat çıxışı zamanı avqust ayında ABŞ Prezidenti Donald Trampın Oval kabinetdə İlham Əliyevlə apardığı söhbət barədə də danışıb. Onun sözlərinə görə, Tramp görüş zamanı Azərbaycan liderindən soruşub: “Üstün orduya malik olduğunuz halda, niyə hücumu davam etdirmədiniz?”
Prezident İlham Əliyev isə bu suala belə cavab verib: “Məqsədim yalnız işğal olunmuş əraziləri geri qaytarmaq idi. Mənə artıq heç nə lazım deyildi.”
Stiv Uitkoff bu cavabı həqiqi dövlət başçısına xas mövqedə adlandırıb və vurğulayıb ki, İlham Əliyevin bu qərarı liderlik məsuliyyətinin və dövlət düşüncəsinin bariz nümunəsidir.
Musavat.com