AZ

Məşhur alimi yerkökü şirəsi ÖLDÜRDÜ

Britaniyalı tədqiqatçı və nutrisiyologiya üzrə mütəxəssis doktor Bəzil Braun yerkökü şirəsi və vitamin əlavələri ilə bağlı riskli eksperiment nəticəsində vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə məlumat "Daily Star" nəşrində dərc olunub.

Sağlam həyat tərzinin tərəfdarı kimi tanınan 48 yaşlı alim müntəzəm şəkildə həddindən artıq miqdarda yerkökü şirəsi və yüksək konsentrasiyalı retinol dozası qəbul edirmiş.

Tibbi ekspertizanın məlumatına görə, Braun on gün ərzində təxminən 45 litr yerkökü içkisi qəbul edib. Bu isə kəskin hipervitaminozun inkişafına səbəb olub. Patoloji vəziyyət ağır qaraciyər pozuntusu ilə nəticələnib və həyati vacib orqanların fəaliyyətinin dayanmasına gətirib çıxarıb.

Seçilən
47
2
publika.az

4Mənbələr