Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, Bundesver (Almaniya Silahlı Qüvvələri) dronlara qarşı mübarizədə Belçikaya dəstək verməyə hazır olduğunu açıqlayıb.
APA xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.
Almaniya Müdafiə Nazirliyi qeyd edib ki, hava qüvvələrinin ilk bölmələri vəziyyəti qiymətləndirmək və dron aşkarlama və müdafiə qabiliyyətlərinin müvəqqəti yerləşdirilməsini Belçika Silahlı Qüvvələri ilə əlaqələndirmək üçün artıq Belçikaya gəlib.
Nazirlik onu da əlavə edib ki, əsas qüvvələr tezliklə göndəriləcək.
Agentliyin məlumatına görə, Belçika bu məsələdə Almaniyadan dəstək tləb edib.