AZ

ABŞ Konqresinin Büdcə İdarəsi kiberhücuma məruz qalıb

Bakı. Trend:

ABŞ Konqresinin Büdcə İdarəsi xaricdən qaynaqlandığı gümanedilən kiberhücuma məruz qalıb.

Trend xəbər verirki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Mənbələrin məlumatına görə, hakerlər Konqresin qanun layihələriüzərində işləyərkən istifadə etdiyi əsas maliyyə məlumatlarınaicazəsiz giriş əldə etmiş ola bilərlər. Hücumun xüsusilə ABŞqanunvericiləri ilə müstəqil tədqiqatçılar arasındakı yazışmalaraaid olduğu bildirilir.

Kiberhücum son günlərdə aşkarlanıb. ABŞ rəsmiləri buməlumatların Vaşinqtonun rəqib hesab etdiyi ölkələrin dövlətorqanlarının əlinə keçə biləcəyini istisna etmirlər.

Qeyd edək ki, Konqresin Büdcə İdarəsi ABŞ qanunverici orqanınıiqtisadi məlumatlar, təxminlər və proqnozlarla təmin edən federalqurumdur.

Seçilən
56
az.trend.az

1Mənbələr