AZ

Qazaxıstan "İbrahim sazişi"nə qoşuldu

ABŞ Prezidenti Donald Tramp əmindir ki, bir çox ölkələr İsraillə münasibətləri normallaşdırmaq üçün "İbrahim sazişi"nə qoşulmaq niyyətindədir.

 

Amerika lideri bu barədə cümə axşamı “Truth” sosial şəbəkəsində məlumat verib.

 

"İndicə İsrailin Baş naziri Benyamin Netanyahu və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə əla danışığım olub. Qazaxıstan mənim ikinci səlahiyyət müddətim ərzində "İbrahim sazişi"nə qoşulan ilk ölkədir, bir çoxlarından birincisidir. Bu, bütün dünyada körpülərin qurulmasında mühüm addımdır.

 

Bu gün daha çox ölkə mənim "İbrahim saziş"im vasitəsilə sülh və firavanlıq axtarır. Biz tezliklə onun rəsmiləşdirilməsi üçün imzalanma mərasimi elan edəcəyik və bir çox ölkələr bu güc klubuna qoşulmaq istəyir", - o yazıb.

 

Qeyd edək ki, Tramp Ağ Evdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri ilə görüşüb.

Seçilən
5
5
senzor.az

10Mənbələr