AZ

ABŞ ordusu Karib dənizində daha bir “narko-terrorçu” qayığını məhv edib

Bakı. Trend:

Pentaqon rəhbəri Pit Heqset bildirib ki, ABŞ qüvvələribeynəlxalq Karib sularında narkotik daşımaq üçün istifadə edildiyiiddia olunan daha bir qayığı məhv edib.

Trend xəbər verirki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.

Heqset qeyd edib ki, “narko-terrorçu” gəmilərinə qarşıəməliyyatlar amerikalıları zəhərləmə cəhdləri dayanana qədər davamedəcək.

Onun sözlərinə görə, sözügedən qayığın göyərtəsində ABŞhakimiyyəti tərəfindən terrorçu hesab edilən bir təşkilatın üzvləriolub. Qayıqda olan üç nəfər ABŞ ordusunun həyata keçirdiyi zərbənəticəsində məhv edilib.

Pentaqon rəhbəri xəbərdarlıq edərək bildirib: “Ölkəmizi təhdidedən bütün narko-terrorçulara səslənirəm – sağ qalmaqistəyirsinizsə, narkotik ticarətini dayandırın. Əks halda, siziməhv edəcəyik.”

Seçilən
26
1
az.trend.az

2Mənbələr