AZ

Ukrayna ABŞ-dən “Tomahawk” raketləri almaqistəyir

Ukrayna ilə ABŞ arasında “Tomahawk” tipli uzaqmənzilli raketlərin alınması ilə bağlı danışıqlar aparılır.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanışina “RBC-Ukrayna”ya açıqlamasında bildirib ki, danışıqlar “müsbət istiqamətdə” davam edir.

“Hazırda müzakirələr davam edir, lakin bizdə ABŞ-dən daha böyük hərbi imkanlar əldə etmək üçün maliyyə resurslarının artırılması üzərində çalışan bir çox nümayəndə heyəti var. Söhbət yalnız Tomahawk raketlərindən deyil, həm də müxtəlif növ uzaq və yaxın mənzilli raket sistemlərindən gedir. Ümumi vəziyyət olduqca pozitivdir”, - deyə səfir vurğulayıb.

Nuriyyə NATİQQIZI

Seçilən
29
1
redaktor.az

2Mənbələr