AZ

Bu gün Azərbaycanda qısa iş günüdür

Azərbaycanda 7 Noyabr, yəni bu gün, qısa iş günüdür.

Banker.az xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, bayram günündən əvvəlki günlərdə iş vaxtı 1 saat azaldılır.

Bu qayda bütün müəssisə, idarə və təşkilatlarda tətbiq olunur. Məhz buna görə 7 noyabr tarixi, 8 noyabr – Zəfər Günü bayramından öncə olduğuna görə qısa iş günü hesab edilir.

Xatırladaq ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.

Seçilən
3
2
banker.az

10Mənbələr