Moderator.az saytına istinadən ain.az xəbər verir.
Rusiyada yaşayan meyxanaçı Vahid Qədimin qeyri-rəsmi yaşadığı Raya adlı xanıma 18 bıçaq zərbəsi vurduğu ilə bağlı sosial şəbəkələrdə xəbərlər yayılıb. Xəbərin doğru olub-olmadığını öyrənmək üçün müğənni-meyxanaçı Samirə Yusifqızı ilə əlaqə saxladıq.
Moderator.az-a açıqlama verən müğənni yayılan xəbərləri təkzib edib:
“Bu xəbəri eşidəndə Mehman Əhmədli ilə birlikdə verilişdə idim. Mehman dedi ki, Vahidlə danışmışam, deyir ki, elə şey yoxdur, yalandır. Özü təkzib edir. Mən mart ayında Vahid Qədimlə Rusiyada görüşmüşdüm. 10 ildən çoxdur orada yaşayır. Sonra mən də onun özünə yazdım. Vatsapına mesaj çatdı, amma hələ də cavab verməyib. Vahid Qədimi illərdir tanıyırıq, əziz dostumuzdur. Onun meyxana aləmində yeri görünür” deyə müğənni bildirib.

Samirə Yusifqızı bildirib ki, meyxanaçılarla birgə kişi məclislərində də çıxış edir. Onun üçün məkanın heç bir fərqi yoxdur:
“Kişi ya qadın nə fərqi var? Millətimiz deyil? Kişilər qardaşımız, qadınlar bacımızdır. Burada nə var ki? Niyə fərq qoymalıyıq? Pulumu verəndə kişi məclisində də meyxana deyirəm, qadın məclislərində də çıxış edirəm. Bütün tanınmış müğənnilər gecə-gündüz kabinetlərdə oxuyur. Niyə də oxumasınlar? Biz pula görə oxuyuruq, başqa işimiz yoxdur və bununla dolanırıq. Mənim üçün nə fərqi var ki, o kabinetdə oturub, stulda oturub, ya da pilləkəndə oturub? Pulumu versin, mən oxuyum. Elə adamlar var ki, vəzifə sahibidir, istəmirlər ki, kimsə onları görün, ona görə də gedib kabinetdə otururlar. Nə bahalı villam yoxdur, nə də maşınım, ona görə də oxumalıyam ki, borclarımı verib qurtarım, rahat nəfəs alım.
O kim ki, deyir meyxana qadın sənəti deyil, gedib başını qaşısın. İndi bu dəqiqə qadın-kişi fərqi yoxdur. Geyimlər də, ətirlər də, hətta corablar da eynidir” deyə müğənni bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.