ABŞ Prezidenti Donald Tramp, ABŞ ilə Özbəkistan arasında ticarət və iqtisadi əməkdaşlıq sazişinin imzalandığını açıqlayıb.
MArja xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.
O bildirib ki, ABŞ və Özbəkistan arasında ticarət və iqtisadi saziş imzalanıb. Razılaşmaya əsasən, Özbəkistan növbəti 3 il ərzində məhdud təbii minerallar, aviasiya, avtomobil ehtiyat hissələri, infrastruktur, kənd təsərrüfatı, enerji, kimya sənayesi, informasiya texnologiyaları və digər mühüm Amerika sənaye sahələrində təxminən 35 milyard dollarlıq alış və investisiya həyata keçirəcək. Bu məbləğin isə qarşıdakı 10 ildə 100 milyard dollardan çox olacağı gözlənilir.
Tramp, Özbəkistan Prezidenti Şövkət Mirziyoyevə təşəkkür edərək, iki ölkə arasında uzunmüddətli və məhsuldar münasibətlərin qurulmasını səbirsizliklə gözlədiklərini vurğulayıb.