AZ

ABŞ administrasiyası gümüş və misi kritik minerallar siyahısına əlavə edib

Banco.az saytından alınan məlumata görə, ain.az bildirir.

Müəllif:Mehin Qasımova,Banco.az

Birləşmiş Ştatların Geoloji Tədqiqatı (USGS) ölkə iqtisadiyyatı, milli təhlükəsizlik və təchizat zənciri üçün həyati əhəmiyyət kəsb edən kritik mineralların siyahısını yeniləyib.

Banco.az xəbər verir ki, ABŞ administrasiyası gümüş, mis, kalium, silisium, renium, qurğuşun, uran, metallurgiya kömürü, bor və fosfatı kritik minerallar siyahısına əlavə edib.

Ölkənin mineral tədarük zəncirlərini təmin etmək üçün həyata keçiriləcək strategiyaları istiqamətləndirən siyahıya on yeni kritik mineral əlavə edilmişdir.

Gümüş, mis, kalium, silisium, renium, qurğuşun, uran, metallurgiya kömürü, fosfat və bor siyahıya əlavə edilən yeni kritik minerallardır.

Beləliklə, siyahıdakı kritik mineralların sayı 2022-ci ildə 50-dən 60-a yüksəldi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
banco.az

2Mənbələr