AZ

SOCAR və "Sinopec Engineering" əməkdaşlığa dair çərçivə sazişi imzalayıblar

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Çinin "Sinopec Engineering" şirkəti arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.

Ölkə.az bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, şirkətin prezidenti Rövşən Nəcəf "Sinopec Engineering"in prezidenti Zhang Xinming ilə görüş keçirib.

Görüşdə Azərbaycan ilə Çin arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda, SOCAR ilə Çin şirkətləri arasında mövcud əməkdaşlıq məmnunluqla qeyd olunub.

Söhbət zamanı neft və qazın emalı sahəsində, neft-kimya, rəqəmsallaşma, enerji keçidi, müasir emal texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Seçilən
7
16
olke.az

10Mənbələr