AZ

ING Azərbaycanda 2028-ci ilə qədər inflyasiya səviyyəsi ilə bağlı proqnozlarını açıqlayıb

Bakı. Trend:

Niderlandın ING bank qrupunun analitikləri 2028-ci ilə qədərAzərbaycan üzrə yenilənmiş inflyasiya proqnozunu dərc ediblər.

Bu barədə Trendbank qrupuna istinadən xəbər verir.

Analitiklərin təxminlərinə görə, 2025-ci ildə illik inflyasiyasəviyyəsi 5,8 faiz, 2026-cı ildə 5,9 faiz təşkil edəcək, 2027-ciildə isə 8,9 faizə qədər yüksələcək.

Rüblər üzrə proqnozlara görə, 2025-ci ildə göstəriciləraşağıdakı kimi olacaq: üçüncü rübdə inflyasiyanın 5,2 faiz,dördüncü rübdə isə 6,1 faiz səviyyəsində olacağı gözlənilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin məlumatına görə, bazassenarisində orta illik inflyasiya səviyyəsi 2025-ci ildə 5,4 faiz,2026-cı ildə 4,8 faiz, 2027–2029-cu illərdə isə orta hesabla 4,3faiz səviyyəsində olacaq.

Bildirilib ki, bu göstərici bir sıra amillər – xüsusilə qlobaləmtəə qiymətlərinin, o cümlədən ərzaq məhsullarının ucuzlaşması vəbunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnənindinamikası və manatın sabitliyi, eləcə də tənzimlənən mallar vəxidmətlər üzrə tarif dəyişikliklərinin təsiri nəzərə alınmaqlahesablanıb.

Məqalədə:
Seçilən
54
az.trend.az

1Mənbələr