AZ

Azərbaycan polisinin Zəfər qələbəmizdəki misilsiz xidmətləri yüksək dəyərə malikdir

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Artıq 5-ci ildir ki, xalqımız, eləcə də dünya azərbaycanlıları tarixi Qələbəmizin sevinci ilə yaşayırlar. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun Ermənistan işğalcıları üzərindəki şanlı Zəfəri Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirmişdir. Bu gün artıq dünya ictimaiyyəti Azərbaycanı qalib, suveren, müstəqil dövlət kimi qəbul edir və bizimlə hesablaşırlar. Bu tarixi Qələbənin qazanılmasında minlərlə mərd oğullarımız şəhid olmuş, sağlamlıqlarını qurban vermişlər. Azərbaycanda uşaqdan böyüyə - hər kəs şanlı Qələbənin qazanılmasında əlindən gələni əsirgəməmişdir. Vətən müharibəsində qazanılmış tarixi Zəfərdə Azərbaycan ordusu ilə bərabər digər dövlət və hüquq mühafizə orqanlarının xüsusi təyinatlılarının da müstəsna xidmətləri olmuşdur. Bu orqanların sırasında Azərbaycan polisinin xüsusi təyinatlalarının və Daxili Qoşunların hərbi əməkdaşlarının qəhramanlıqları xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Azərbaycan Daxili işlər orqanlarının əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını həm Birinci, həm də İkinci Qarabağ müharibəsində nümayiş etdirmişlər."Bu gün Azərbaycanın uğurlu inkişafında polis orqanlarının çоx böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm" deyən Prezident İlham Əliyev bu fikirləri ilə polisə olan inam və güvənini dilə gətirmişdir. Müstəqil dövlətimiz qurulduğu andan Azərbaycan polisi dövlətini və dövlətçiliyini şərəflə qorumuşdur və bu gündə qoruyur. Bu yolda Azərbaycan polisi coxlu sayda şəhidlər vermiş, sıralarından böyük şücaətlər göstərmiş qəhrəmanlar da çıxmışdır.Birinci Qarabağ müharibəsində də polislərimizin daim ön cəbhədə olduqlarını, torpaqlarımızın müdafiəsində qəhrəmancasına vuruşduqlarını yada salmamaq olmaz. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988- ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən Milli ordu və könüllülərlə bərabər həmdə nizami qüvvə kimi milis, sonraki illərdə Daxili Qoşun hissələri olmuşdur. Birinci Qarabağ müharibəsindəki döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalmışdır. 1710 nəfər isə bu döyüşlərdə yaralanmışdır. Göstərdikləri qəhramanlığa görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər əməkdaş isə dövlət tərəfindən orden və medallara layiq görülmüşlər. Daxili işlər orqanlarının fəaliyyəti müstəqilliyimizin sonrakı illərində də uğurla davam etmişdir. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təmin edilməsində polisin rolu təqdirə layiqdir.Hər bir Azərbaycan vətəndaşı anlayır ki, hazırkı təhlükəsizlik mühitində polisin bu günki fəaliyyəti dövlətimizin və vətəndaşlarımızın təhlükəsiliyinin qorunmasına xidmət edir. Bu gün ölkəmizdə ictimai asayişin keşiyində ayıq-sayıq dayanan Azərbaycan polisi istənilən təxribatın qarşısının operativ şəkildə alınmasında yüksək peşəkarlığa malikdir. İkinci Qarabağ müharibəsində Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və Daxili Qoşunların hərbi qulluqcuları millətimizin və dövlətimizin tarixində xüsusilə önəmli mərhələsi olan müharibədə düşmənə qarşı amansız döyüşlərdə qəhrəmancasına döyüşmüşlər. 44 gün ərzində qazanılmış şanlı Zəfərdə polis orqanları və əməkdaşlarının müstəsna xidmətləri danılmazdır. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların hərbi qulluqcuları və polisin xüsusi təyinatlı qüvvələri düşmənə sarsıdıcı zərbələr vuraraq, Azərbaycanın müasir tarixinə qəhrəmanlıq salnaməsi yazmışlar.Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən və xüsusi təyinatlılarından 66 nəfər şəhid olmuş, 346 nəfər hərbi qulluqçu isə yaralanmışdır. 2023- cü ildə Qarabağda keçirilən lokal xarakterli Antiterror əməliyyatında da polis əməkdaşları yenə də nizami orduyla bərabər çiyin-çiyinə olmuşlar. Bu əməliyyat zamanı şəhid olanlar sırasında polis əməkdaşları da vardır. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların hərbi qulluqcularından və polisin xüsusi təyinatlılarından 1690 nəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər əməkdaş Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Qarabağ uğrunda vuruşan polislərimiz indi də işğaldan azad olunmuş torpaqlarda asayişin keşikçisinə çevrilmişlər. Azərbaycan polisinin İkinci Qarabağ müharibəsində göstərdiyi qəhramanlıqlar dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilmişdir.Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə Daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun "Zəfər" Ordeni ilə təltif edilməsi Ali Baş Komandanımızın polis əməkdaşlarının müharibədə göstərdikləri qəhrəmanlıqlarına verilən yüksək qiymətin göstəricisi idi. Vətən müharibəsindən' sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimad və inamın daha bir göstəricisidir. Xalqımız tarixi Zəfərimizi və onun 5-ci ildönümünün sevinclə və təmtaraqla qarşılanması xoşbəxtliyini bizə eləcə də dünya azərbaycanlılarına bəxş edən Prezident, Ali Baş Komandan İlham Əliyevə, yenilməz Azərbaycan Ordusuna, döyüşlərdə iştirak etmiş digər dövlət qurumların və eləcə də Azərbaycan polis orqanlarınıh qəhraman əməkdaşlarına dərin hörmət və ehtiramını sonsuza qədər bildirəcəklər. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan 3 şəhər və rayonlarımızda asayişin qorunması kimi mühüm məsuliyyətli işin öhdəsindən layiqincə gələn Daxili işlər orqanlarının əməkdaşları onlara göstərilən etimadı layiqincə doğrultmaq üçün bu gündə gecə-gündüz uğurla xidmət aparırlar.Sonda fikirlərimi Ulu Öndər Heydər Əliyevin kəlamları ilə bitirmək istərdim. O demişdir: "Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz orqandır."Çingiz QənizadəDemokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru,

"Şöhrət" ordenli Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
5
demokrat.az

6Mənbələr