Amerikalı milyarder İlon Mask “Tesla” səhmdarlarının toplantısında şirkətin istehsal etdiyi “Optimus” robotu ilə rəqs edib.
NOCOMMENT.az xəbər verir ki, İlon Maskın həmin görüntüləri onun X sosial şəbəkəsində paylaşılıb.
“Bu Bot [robotlar] sadəcə rəqs edir. Naqillər yoxdur. Onlar əsl robotlardır”, – deyə robotla eyni hərəkətləri təkrarlayan İlon Mask bildirib.
Qeyd edək ki, toplantıda “Tesla” səhmdarları Maska 1 trilyon dollarlıq paketin ödənilməsini təsdiqləyiblər.
Xatirə SADİQ