"Neft Daşları" yatağından işlənilməsinə başlanılandan bu ilin 1 noyabrına qədər 181,8 mln ton neft hasil edilib.
Senzor.az bildirir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Qeyd olunub ki, hesabat dövründə yataqdan həm də 14,2 milyard kubmetr qaz hasil edilib.
Qeyd edək ki, Bakıdan 110 km şərqdə, Pirallahı adasından 50 km cənub-şərqdə yerləşən “Neft Daşları” dənizdə salınan ilk neft şəhəri və açıq dənizdə sənaye üsulu ilə neftçıxarmanın başlandığı məkandır. 7 noyabr 1949-cu ildə burada hasil olunan ilk neft Azərbaycan və dünya enerji tarixində yeni bir mərhələnin əsasını qoydu. Həmin gündən etibarən “Neft Daşları” ölkəmizin neft-qaz sənayesinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, “Neft Daşları” - dənizdə salınan ilk neft şəhəri və açıq dənizdə sənaye üsulu ilə neftçıxarmanın başlandığı məkandır. 7 noyabr 1949-cu ildə burada hasil olunan ilk neft Azərbaycan və dünya enerji tarixində yeni bir mərhələnin əsasını qoydu. Həmin gündən etibarən “Neft Daşları” ölkəmizin neft-qaz sənayesinin inkişafında mühüm rol oynayır. Təkcə bunu demək kifayətdir ki, SOCAR-ın neft-qaz hasilatının təqribən 70%-i sahilə buradan ötürülür.