AZ

Kəlbəcərdə ağacəkmə aksiyası - FOTOLAR

Kəlbəcər şəhərində “Zəfərin izi ilə yaşıl gələcəyə” adlı ağacəkmə aksiyası keçirilib.

Modern.az xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə reallaşdırılan aksiya Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə gerçəkləşib.

Sosial təşəbbüs 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümü ərəfəsində şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq təşkil olunub. Həmçinin müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qüdrətinin təcəssümü kimi tarixə düşmüş Zəfər Gününün mənəvi əhəmiyyəti tərənnüm edilib.

Bu çərçivədə Kəlbəcər rayonunun iqlim şəraitinə uyğun olaraq 100 ədəd müxtəlif növ ağac (qara şam, çinar, arizona sərvi və digər ağac) əkilib. Aksiyada Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər qurumların yerli nümayəndələri iştirak ediblər.

Əsas məqsəd Zəfər Gününün mahiyyətini və əhəmiyyətini gənc nəslə çatdırmaq, şəhidlərimizin əziz xatirəsini əbədiləşdirməkdir. Layihə onların Vətən uğrunda göstərdikləri qəhrəmanlığı və fədakarlığı təbliğ etməklə yanaşı, rayonun ekoloji mühitinin yaxşılaşdırılmasına və yaşıllaşdırılmasına töhfə verməyi də hədəfləyir.

Seçilən
9
8
modern.az

9Mənbələr