AZ

Natiq Məmmədli: Dilin qorunub saxlanılmasında medianın xüsusi rolu var

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 7 noyabr, AZƏRTAC

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley tədbirində çıxışında dövlət dilinin işlənməsi ilə bağlı konseptual mövqeyini açıqladı, alimləri, ədəbiyyat nümayəndələrini, ictimai xadimləri və xüsusilə jurnalistləri Azərbaycan dilinin saflığının qorunmasına çağırdı. Prezidentin bu fikirlərindən irəli gələrək Medianın İnkişafı Agentliyi (MEDİA) və Mətbuat Şurası “Media və Azərbaycan dilinin düzgün tətbiqi” mövzusunda konfrans təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Müsahibəsində MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli deyib.

O bildirib ki, konfrans çərçivəsində keçiriləcək panel müzakirələrdə televiziyada və radioda Azərbaycan dilinin tətbiqi peşəkarlar tərəfindən dəyərləndiriləcək. Eyni zamanda, çap və onlayn mediada dilin işlənməsi, mövcud problemlər və yeni çağırışlar müzakirə olunacaq.

“Hesab edirik ki, fəaliyyətimizi dövlət dilinin istifadəsinə dair Prezidentin mövqeyinə uyğun şəkildə yenidən sistemləşdirməliyik. Azərbaycan dili yalnız məişət ünsiyyəti üçün deyil, həm də fəlsəfi, elmi və publisistik fikirlərin yüksək səviyyədə ifadəsinə imkan verən zəngin dildir”, - deyə Natiq Məmmədli qeyd edib.

O əlavə edib ki, dilin qorunub saxlanılmasında medianın xüsusi rolu var: “Azərbaycan dilinin ən çox istifadə olunduğu sahələrdən biri məhz mediadır. Bu isə jurnalistlərin üzərinə ciddi məsuliyyət qoyur. Biz dilimizin saflığını qorumalı, onu mənfi təsirlərdən müdafiə etməli və gələcək nəsillərə düzgün şəkildə ötürməliyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
azertag.az

2Mənbələr