2025-ci ilin oktyabr ayında Azərbaycanlı internet istifadəçiləri arasında “Google Chrome” liderliyini qoruyub saxlayıb.
Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, brauzerin bazar payı 73,17% təşkil edib və sentyabr ayı ilə müqayisədə 1,31 faiz bəndi artıb.
Digər brauzerlərin payı belə olub:
- Safari – 13,27% (azalma 0,59 faiz bəndi)
- Opera – 1,76% (artım 0,03 faiz bəndi)
- Samsung Browser – 1,74% (azalma 0,12 faiz bəndi)
- Microsoft Edge – 4,62% (azalma 0,05 faiz bəndi)
- Android Browser – 0,67% (azalma 0,36 faiz bəndi)
- Firefox – 2,21% (artım 0,04 faiz bəndi)
Beləliklə, Azərbaycanda Chrome üstün mövqeyini qoruyur, Safari ikinci sırada qalır, Opera və Firefox isə yavaş-yavaş paylarını artırır.
Fuad Mədətov
Finss.az